TBİLİSİ, 7 may. TELEQRAF
“Gürcüstan Avropa İttifaqı ilə münasibətlərlə bağlə gözləmə rejimindədir. Qarşı tərəfin münasibətlərin yenidən qurulması istiqamətində addım atmasını gözləyirik”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O, Gürcüstanın avropalı məmurların praqmatik addımlar atacağına ümid etdiyini bildirib.
“Bu gün Avropa bürokratiyası təəəsüflər olsun ki, “dərin dövlət”in təsiri altındadır. Əgər Avropa bu təsiri dəf etməyə nail olsa, müasibətlər bərpa olunacaq. Biz bunu səbirlə gözləyirik”, - İ.Kobaxidze söyləyib.