“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının yarımfinalında bu gün PSJ-yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “RMC Sport”a açıqlamasında bunları deyib:
“Tarix yazmaq üçün gözəl imkanımız var. Yarımfinalın ilk oyununda etdiyimiz səhvlərdən nəticə çıxarmalıyıq. Finala bir addımımız qalıb. İlk oyundakı nəticədən sonra nə etməli olduğumuzu bilirik. Əminəm ki, əlimizdən gələni edəcəyik”.
PSJ – “Arsenal” oyunu saat 23:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda PSJ qələbə qazanıb – 1:0.