Xəbər verildiyi kimi, Vatikanda yeni Papanın seçilməsi üçün qurultay başlayıb. Məşhur politoloq Sergey Markovun fikrincə, hətta Fransa prezidenti Makron da öz adamının, Marsel arxiyepiskopunun Roma Papası olması üçün lobbiçilik edir.
Publika.az xəbər verir ki, o bu barədə "Telegram "kanalında yazıb.
Politoloq qeyd edib ki, Makron bu məqsədlə artıq konklavın müxtəlif iştirakçıları ilə görüşlər keçirib.
“Makron vasitəsilə qlobalist liberallar həm Papa, həm də bütün Katolik Kilsəsi üzərində nəzarəti bərqərar etməyə çalışırlar”, - deyə Markov bildirib.