Belçika Ukraynaya F-16 qırıcılarını hələlik verməyəcək.
“Busaat.az” xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri məlumat verib.
Nazirin sözlərinə görə, F-16-lar yalnız Belçika ABŞ-dan F-35-ləri aldıqdan sonra Ukraynaya veriləcək.
Qeyd edək ki, 2023-cü ildə Belçika, Danimarka və Hollandiya Ukraynaya 80-ə qədər F-16 verməyi öhdəsinə götürmüşdü. Ukrayna hələlik yalnız Danimarka və Hollandiyadan təxminən 20 təyyarə alıb.
Nərmin Səmidova
Busaat.az