Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqatİdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsindəkommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş malların gömrükqaydaları pozulmaqla müxtəlif sərnişinlərə paylanılaraq şəxsiistifadə məqsədli mallar qismində gömrük sərhədindən qanunsuzkeçirilməsi cəhdinin qarşısı alınıb.
Trendxəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələrİdarəsi məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində sözügedən mallarıxarici ölkədə sərnişinlərə paylayan Azərbaycan Respublikasıvətəndaşının gömrük nəzarəti zonasını tərk etdikdən sonra həminşəxslərdən topladığı və Heydər Əliyev adına Beynəlxalq Aeroportunundayanacağındakı avtomobilinə yerləşdirdiyi müəyyənləşdirilib.
Avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adıaltında gətirilən kommersiya təyinatlı mallar - 10 ədəd müxtəlifmarkalı mobil telefon, 25 ədəd elektron siqaret, 1810 ədəd siqaretvə tütün məmulatı, xeyli miqdarda kosmetik vasitələr və ətirlərhüquqpozma predmeti kimi götürülüb.
İlkin araşdırma zamanı sərnişinlər gətirdikləri malların birşəxsə aid olduğunu bildiriblər.
Dövlət Gömrük Komitəsi tərəfindən bildirilir ki, başqalarınaməxsus kommersiya təyinatlı malları şəxsi əşya adı altında gömrüksərhədindən keçirən, habelə belə malları bilərək əldə edən,daşıyan, saxlayan, onlardan istifadə edən və onlar üzərindəsərəncam verən şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyətdaşıyırlar.
Faktla bağlı araşdırma aparılır.