AZ

Üç təchizatçı tapılmadı, ki tender ləğv olundu - DETALLAR

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən elan olunan iki ayrı tender müsabiqəsi ləğv edilib. Hər iki satınalma müsabiqəsi 14 aprel 2025-ci il tarixində e-tender portalında dərc olunmuşdu.

Ağdam park tikəcək şirkət 9 milyona yaxın pul qazanacaq - TENDER KEÇİRİLİR

FED.az xəbər verir ki, ilk tender“Milli Depozit Mərkəzi əməkdaşları üçün təlimlərin keçirilməsi, sertifikatların alınması xidmətləri” üzrə elan edilmişdi. Bu satınalmanın ehtimal olunan dəyəri 20.293,00 manat təşkil edirdi. Təkliflərin qəbulunun son tarixi 5 may 2025-ci il saat 17:00 idi və elə həmin tarixdə təklif zərflərinin açılışı da baş tutmalı idi.

İkinci tender isə “Lisenziyaların satın alınması” ilə bağlı idi və bu müsabiqə üzrə ehtimal olunan satınalma məbləği 26.134,05 manat səviyyəsində göstərilmişdi. Bu tender də eyni tarixdə – 14 aprel 2025-ci il saat 12:07-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 5 may 2025-ci il saat 17:00-a təyin edilmişdi.

Hər iki tender eyni səbəbdən – iştirakçı sayının kifayət etməməsi səbəbilə (qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən) – ləğv olunub. Belə ki, müsabiqədə iştirak etmək üçün həm təklifini, həm də təklifin təminatını təqdim edəntələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Bu hal satınalma prosedurunun davam etdirilməsinə imkan verməyib.

Qeyd edək ki, 36.1.1-ci maddəyə əsasən, tenderin baş tutması üçün ən azı üç uyğun təchizatçının iştirak etməsi zəruridir. Bu tələbin yerinə yetirilmədiyi hallarda satınalma proseduru ləğv olunur.

Milli Depozit Mərkəzinin növbəti mərhələdə bu xidmətlərin və lisenziyaların alınması üçün yenidən tender elan edib-etməyəcəyi isə hələlik məlum deyil.

Seçilən
0
fed.az

1Mənbələr