BAKI, 7 may. TELEQRAF
Hacıqabul rayon Rəncbər kəndində 21 yaşlı gənc Bədəlov Əjdər Qulu oğlu velosiped sürərkən çaya düşüb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, polis çaya düşən gənci xilas edib.
Hazırda gəncin vəziyyəti yaxşıdır, o heç bir xəsarət almayıb.
Qeyd edək ki, Bakıda qeydiyyatda olan Ə. Bədəlov həmin kənddə anası ilə birlikdə yaşayır.