İş adamı borclarına görə betona BASDIRILDI - DƏHŞƏT
Ajans.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb. Cinayətin qurbanı “Tixomirovka” SNT-də torpaq sahəsindəki quyuda gizlədilib. Həmin şəxsin kimliyi müəyyən edilib - o, yerli yol şirkətinin direktoru olub. İlkin məlumata görə, cinayət pul üçün törədilib. Şirkətin podratçılara bir neçə milyon rubl borcu var idi. Faktla bağlı cinayət işi açılıb. Şübhəlilərin axtarışı davam etdirilir.