Hindistanın Batinada qeydə alınan yeni videogörüntülər yerə çırpılmış döyüş təyyarəsi mühərriki barədə mühüm ipucları verir.
KONKRET.az xəbər verir ki, mütəxəssislərin ilkin təhlilinə əsasən, görüntülərdəki mühərrikin strukturu və burun hissəsindəki səciyyəvi naxışlar onun “Rafale” döyüş təyyarəsində istifadə olunan M88 mühərriki olduğunu göstərir.
Bu isə o deməkdir ki, hadisə zamanı hind Hərbi Hava Qüvvələrinə məxsus “Rafale” təyyarəsi zərər görmüş ola bilər. Daha əvvəl yayılan şayiələrdə Mirage-2000 təyyarəsinin M53 mühərrikinin yerə düşdüyü iddia olunurdu. Lakin mütəxəssislər M53 mühərrikinin çıxış hissəsinin M88-dən fərqli olduğunu və videodakı komponentlərin M88-ə uyğun gəldiyini bildiriblər.
Hadisə ilə bağlı Hindistan Müdafiə Nazirliyindən hələlik rəsmi açıqlama verilməyib. Qeyd edək ki, “Rafale” qırıcıları Hindistanın son illərdə Fransadan aldığı ən müasir və strateji əhəmiyyətli döyüş platformalarındandır. Onların belə qəza halları ilə gündəmə gəlməsi həm texniki təhlükəsizlik, həm də beynəlxalq hərbi əməkdaşlıq baxımından diqqət çəkir.
Müşviq Tofiqoğlu
KONKRET.az