AZ

İnyiqo Martines: “Françesko Açerbinin üstünə tüpürdüm”

UEFA Çempionlar Liqasının yarımfinalının “İnter” və “Barselona” arasında keçirilmiş cavab oyunu qalmaqalla başa çatıb.

Arena.az məlumat verir ki, “Barselona” səfərindən 3:3 hesablı heç-heçə ilə qayıtmış “neradzurri” “Cüzeppe Meatsa”dakı dramataik oyunu 4:3 (əsas vaxt 3:3) hesabı ilə qazanıb.

Əlavə edək, “İnter” birinci hissədə 2:0 hesablı üstünlüyünü əldən verərək 2:3 hesablı məğlub vəziyyətə düşüb, 90+3-cü dəqiqədə bərabərliyi yaxalayıb, əlavə vaxtın birinci hissəsində isə qələbə qolunu “blauqrana”nın qapısından keçirib.

Təzminat müddətində oyunu əlavə vaxta sürükləyərək, “neradzurri”yə ümid bəxş etmiş həlledici qolun müəllifi isə “İnter”in veteranı, 37 yaşlı italyan mərkəz müdafiəçisi Françesko Açerbi olub.

Hələ oyunun birinci hissəsinin başa çatması ərəfəsində Açerbi ilə “Barselona”nın 33 yaşlı ispan mərkəz müdafiəçisi İnyiqo Martines arasınada şüvən düşüb. Hadisə “İnter”in 45+1-ci dəqiqədə 31 yaşlı türk dayaq yarımmüdafiəçisi Hakan Çalhanoğlunun penalti zərbəsini dəqiq yerinə yetirib hesabı artırmasından (2:0) sonra yaşanıb.

Qəzəblənmiş İnyiqo Martines onun qulağına çığır-bağır salmış Açerbinin üstünə tüpürdüyünü etiraf edib:

“O, hesab 2:0 olduqda bayram etməyə başladı, gəlib düz qulağıma “kişnədi”. Mənim tərəfindən yolverilməz qarşılıq gəldi – üstünə tüpürdüm, amma düşmədi. Tüpürcəyim ondan bir metr aralı düşdü. Belədir, əgər belə olmasaydı, hakim məni meydandan qovardı da…”, deyə İnyiqo Martines bildirib.

Beləliklə, cari mövsümdə “trebl” imkanından məhrum olmuş “Barselona” ümidlərini növbəti mövsümə bağlamalı olub.

Finala yüksəlmiş “İnter” həlledici oyunda bu gün keçiriləcək PSJ – “Arsenal” (ilk oyun 1:0) cütünün qalibi ilə qarşılaşacaq.

Seçilən
0
arena.az

1Mənbələr