AZ

"Sabah" "Şamaxı" ilə oyuna ciddi itkilərlə çıxacaq - AÇIQLAMA

Misli Premyer Liqasının 34-cü turunun açılış matçında "Şamaxı"nı qəbul edəcək "Sabah" meydana itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:

"Cəzalı futbolçu yoxdur. Amin Seydiyev üçün mövsümün başa çatdığı əvvəldən bəllidirsə, Coy Lens Mikels, Kahim Parris və Xəyal Əliyev zədə səbəbindən "Şamaxı"ya qarşı oynaya bilməyəcəklər".

Qeyd edək ki, "Sabah" - "Şamaxı" qarşılaşması mayın 9-da, "Bank Respublika Arena"da baş tutacaq. Görüşün start fiti 19:00-da səsləndiriləcək. 33 tura 41 xal toplayan Masazır təmsilçisi turnir cədvəlinin 5-ci, 36 xala malik "aslanlar" isə 7-ci pilləsində mövqe tutublar.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr