ABŞ Prezidenti Donald Trampın administrasiyası miqrantları Şimali Afrika ölkəsi olan Liviyaya deportasiya etməyi planlaşdırır.
Far.Az xəbər verir ki, bu barədə The New York Times nəşri adları açıqlanmayan dörd rəsmi şəxsə istinadla məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, bir qrup miqrantın ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Liviyaya göndərilməsi nəzərdə tutulur və bu prosesin həftə ərzində başlana biləcəyi ehtimal olunur. Sürgün və uçuş planlamasının gizli saxlanıldığı, eyni zamanda bu prosesin hüquqi və logistik maneələrlə qarşılaşa biləcəyi vurğulanır.
Liviyaya ediləcək deportasiyanın ABŞ ordusuna məxsus hərbi təyyarə ilə həyata keçirilməsi planlaşdırılır.
Xəbərdə həmçinin bildirilir ki, bir müddət müharibə yaşamış Liviyada miqrantlar üçün yaradılan şəraitin qənaətbəxş olmaması səbəbindən bu qərarın insan haqları təşkilatlarının ciddi tənqidinə səbəb olacağı gözlənilir.