AZ

Finlandiyada hərbi təyyarə qəzaya uğrayıb

Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus "F/A-18 Hornet" tipli döyüş təyyarəsi ölkənin şimalında qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Finlandiya Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, hadisə Rovaniemi hava limanı yaxınlığında baş verib.

Bildirilib ki, pilot təyyarədən vaxtında atılaraq xilas olub.

Seçilən
0
far.az

1Mənbələr