AZ

Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşdü -

Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb.Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. TASS agentliyi Vuçiçin təyyarəsinin yanacaq doldurmaq üçün Bakıya enməli olduğu haqqında məlumat yayıb.16:11Serbiya Prezidenti Aleksandr Vuçiçin Qələbə Günü bayramında iştirak etmək üçün Moskvaya uçduğu təyyarə hazırda Bakıdadır.Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.Qeyd olunub ki, Vuçiçin təyyarəsi Rusiyanın hava məkanının bağlanması səbəbindən Moskvaya uça bilməyib.Hazırda təyyarə Rusiyaya uçuşun davam etdirilməsi üçün icazə gözləyir.

Daha əvvəl AZAL-ın Bakıdan Moskvaya uçan təyyarələrinin hava məkanının bağlı olması səbəbindən gecikdiyi barədə məlumat verilmişdi.

Seçilən
0
4
metbuat.az

10Mənbələr