AZ

Boğazı kəsilən bacı milli idmançı imiş

Xəbər verdiyimiz kimi, Sivasda saat 00:00 radələrində baş verən vəhşilik Türkiyəni dərindən təsirləndirib. Qohumlarının yanına getmək üçün kəndinə gedən Ayşegül Şimşək gecə saatlarında evə dönərkən uşaqları Umutcan (22) və Melisa Şimşək (16) qanlar içində tapıb. Ananın ağlaması üzərinə qonşuları 112 Təcili Yardım Mərkəzinə məlumat verib. Sağlamlıq qrupları vbacı-qardaşın həyatını itirdiyini təyin edib.

News24.az-ın məlumatına görə, hadisə ilə bağlı polis qrupları tərəfindən genişmiqyaslı araşdırma başladılıb. 

İstintaq zamanı müəyyən edilib ki, hər iki uşağın əlləri plastik qandalla bağlanıb, boğazları bıçaqla kəsilib. 

Qətlə yetirilən Melisa Şimşək Konqres Liseyinin 10-cu sinfində oxuduğu, eyni zamanda milli xizək idmançısı olduğu və yarışlarda yer aldığı öyrənilib. 

Eyni zamanda, onun böyük qardaşı Umutcan Şimşəkin şəhərdəki şadlıq saraylarında ofisiant işlədiyi də öyrənilib.

Günel Məlikzadə


Seçilən
0
news24.az

1Mənbələr