AZ

Yeni konstitusiyanın mətni 10 ay ərzində hazır olacaq - Ermənistanın ədliyyə naziri

Ermənistanın yeni konstitusiyasının mətni işlənmə mərhələsindədir.Missiya.Az xəbər verir ki, bunu Ermənistan ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə açıqlamasında bildirib."Yaxın vaxtlarda şura üzvləri ilə mətni müzakirə edəcəyik. Müxtəlif variantları nəzərdən keçiririk, mətn on ay ərzində hazır olacaq. Biz onun referenduma çıxarılma müddətini hələ danışmamışıq. Hazır olandan sonra biz təbii ki, ictimai rəyə ayrıca konseptual müddəalar təqdim edəcəyik və bunun nədən ibarət olduğunu ətraflı müzakirə edəcəyik. Yeni konstitusiyanın mətnini pərdə arxasında saxlamaq üçün heç bir səbəb və imkan yoxdur. Əlbəttə ki, deyəcəyik, çünki son nəticədə xalq yeni konstitusiyanın qəbulunun “lehinə və ya əleyhinə” səs verəcək", - o qeyd edib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr