AZ

Moskvaya uçan Serbiya Prezidentinin təyyarəsi Azərbaycanda eniş etdi

BAKI,TurkicWorld

Serbiya Prezidenti Aleksandar Vuçiçin Moskvaya səfəri zamanı təyyarəsi hava məhdudiyyətlərinə görə Bakıda məcburi eniş edib.

TurkicWorld xəbər verir ki, Vuçiçin Moskvaya Qələbə Günü tədbirlərində iştirak etmək üçün yola düşən təyyarəsi Bakıda məcburi eniş edib.

Vuçiçin təyyarəsi hazırda Bakıda dayanıb və uçuşuna davam edə bilmir. Buna səbəb kimi Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlar fonunda bəzi hava məkanlarının istifadəsinə məhdudiyyətlərin tətbiq edilməsi göstərilir.

“Vuçiçin təyyarəsi Bakıya eniş edib və hazırda Moskvaya doğru uçuşa davam etməsinə icazə verilmir” – deyə KİV-dən məlumat qeyd olunub.

Müşahidəçilər hadisəni Rusiya-Ukrayna müharibəsinin beynəlxalq hava əlaqələrinə təsirinin daha bir nümunəsi kimi qiymətləndirirlər.

Seçilən
0
turkic.world

1Mənbələr