Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Qələbə paradında iştirak etmək üçün Moskvaya gedəcək.
Modern.az xəbər verir ki, o bunu parlamentdə jurnalistin sualını cavablandırarkən deyib.
Qeyd edək ki, Rusiya 9 may tarixli paradda 29 ölkə liderinin iştirak edəcəyini açıqlayıb.