AZ

Kilsə tarixində iz qoyacaq seçki başladı

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin ölümündən sonra dünya üzrə 1,4 milyard üzvü olan Katolik Kilsəsinin gözü növbəti papanın kimin olacağına çevrilib.

News24.az xəbər verir ki, İtaliyada Katolik Kilsəsinin 267-ci Papasının müəyyən ediləcəyi tarixi Konklavda yaşı 80-dən az olan və seçkidə iştirak hüququ olan 133 kardinal bir araya gəlib.

Səsvermənin ilk iclası Sikstin kapellasında yerli vaxtla saat 16:30-da başlayacaq.

Kardinallar xristian ilahilərinin müşayiəti ilə Sikstin kapellasında bağlanacaq və orada gizlilik andı içəcəklər.

Daha sonra latınca “işi olmayanlar getsin” mənasını verən “Extra Omnes” əmri veriləcək və kardinallar xarici aləmlə bütün əlaqəni kəsəcəklər.

Məlumdur ki, Papa Fransisk dövründə vəzifəyə gələn bir çox kardinallar islahatçı xətti qəbul ediblər. Kilsənin ənənəvi dövrünü istəyən və dəyişiklikləri geri qaytarmaq istəyən əhəmiyyətli bir qrup seçici də təsirli ola bilər.

Bu səbəbdən "ən qeyri-müəyyən konklav" olaraq xarakterizə edilən seçkinin kilsə tarixində iz qoyması gözlənilir.

Günel Məlikzadə


Seçilən
0
news24.az

1Mənbələr