AZ

“Baltik gəmiqayırma zavodu”nda “Stalinqrad” atom buzqıran gəminin tikintisi başlayıb

“Baltik gəmiqayırma zavodu”nda “Stalinqrad” universal atom buzqıran gəminin metal kəsilməsinə başlanılıb.

Herbiand.az Birləşmiş Gəmiqayırma Korporasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, “Stalinqrad” “Atomflot” Federal Dövlət Unitar Müəssisəsi üçün “Baltik Gəmiqayırma Zavodunda” inşa edilmiş Layihə 22220-nin yeddinci gəmisi olacaq.

Məlumata görə, buzqıran gəminin 2025-ci ilin noyabrında təməlinin qoyulması, 2028-ci ildə suya salınması və 2030-cu ilin dekabrında sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Yeni atom buzqıran gəmi Böyük Vətən Müharibəsi illərində Stalinqrad şəhərinin qəhrəmancasına müdafiəsi şərəfinə “Stalinqrad” adlandırılıb.

Adla bağlı qərarı Rusiya prezidenti Vladimir Putin dəstəkləyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr