AZ

Yeni konstitusiya üzərində işlər 10 aya başa çatacaq - Ermənistanın ədliyyə naziri

Bakı. Trend:

Ermənistan Ədliyyə Nazirliyi Konstitusiya Şurası və digərmüvafiq qurumların iştirakı ilə ölkənin yeni konstitusiya layihəsiüzərində işləyir. Layihə üzrə işlərin 10 aya başa çatacağıgözlənilir.

Trend xəbərverir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanınədliyyə naziri Srbui Qalyan məlumat verib.

Nazir Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasının yer aldığıMüstəqillik Bəyannaməsinə istinadın yeni konstitusiyadançıxarılması məsələsinə də toxunub. Bildirib ki, mətnin hazırhissəsini yaxın vaxtlarda Konstitusiya Şurasının üzvləri iləmüzakirə edəcəklər.

“Yeni konstitusiyanın mətni hazırlanma mərhələsindədir, mətniyaxın vaxtlarda şura üzvləri ilə müzakirə edəcəyik. Müxtəlifvariantları müzakirə edirik, amma mətn hələ işlənməmərhələsindədir. Mətn 10 ay ərzində hazır olacaq”, - deyə S.Qalyanvurğulayıb.

Seçilən
0
az.trend.az

1Mənbələr