AZ

İrəvan yeni Konstitusiya hazırlayır

AzVision.az bildirir ki, bu barədə açıqlama verən Ermənistanın Ədliyyə naziri Srbui Qalyanın sözlərinə görə, sənədin layihəsi hazırlanma mərhələsindədir və hazırda müxtəlif variantlar nəzərdən keçirilir.

Eyni zamanda, Qalyan Müstəqillik Bəyannaməsinə istinadların Konstitusiyadan çıxarılması barədə baş nazir Nikol Paşinyanın daha əvvəl qeyd etdiyi məsələlərin müzakirə olunmadığını dəqiqləşdirib.

Xatırladaq ki, Azərbaycana qarşı ərazi iddialarının ehtiva olunduğu müddəaların çıxarılmasını tələb edən rəsmi Baklı Ermənistan Konstitusiyasında dəyişikliklərin aparılmasında israrlıdır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
0
azvision.az

1Mənbələr