Almaniya sərhəd nəzarətini gücləndirir: bütün qeyri-qanuni miqrantları, o cümlədən sığınacaq axtaranları geri qaytarır.
İnterpress.az xəbər verir ki, bu barədə “BİLD” məlumat yayıb.
Bildirilir ki, mayın 7-dən Almaniya hökuməti son illərin ən sərt sərhəd nəzarəti rejimlərindən birini tətbiq edəcək.
Fridrix Mertsin qərarına əsasən, şəxsin sığınacaq üçün müraciət edib-etməməsindən asılı olmayaraq, indi bütün qeyri-qanuni sərhəd keçidləri bağlanacaq.
Xuraman Etibarlı
İnterpress.az