Madrid “Real”ının azarkeşləri ötən gecə Çempionlar Liqasının yarımfinalında “Barselona”ya 4:3 hesabı ilə qalib gələrək finala adlayan “İnter”ə təşəkkür edib.
“Qafqazinfo” xəbər verir ki, fanatlar stadionlarının önündə əzəli rəqibərini mübarizədən kənarlaşdırdığına görə təşəkkür pankartı açıblar.
Madridlilər həmçinin basketbol üzrə Avroliqanın 1/4 finalında “Barselona”nı udan “Monako”ya da təşəkkürlərini ifadə ediblər.
