AZ

Kürdə suyun səviyyəsi qalxıb, sel keçəcəyi ehtimal olunur - XƏBƏRDARLIQ

Kürdə suyun səviyyəsinin qalxması ilə bağlı xəbərdarlıq edilib

Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Seçilən
0
27
operativmedia.az

10Mənbələr