USS Harry S. Truman təyyarədaşıyan gəmisində olan daha bir təyyarə Qırmızı dənizdə qəzaya uğrayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən CNN məlumat yayıb.
İlkin məlumatlara görə, hadisəyə səbəb təyyarədaşıyan əyləc sistemindəki nasazlıq ola bilərdi. F/A-18 pilotu və operatoru sağ qalıb. Onlar yüngül xəsarətlər alıblar və həyati təhlükəsi yoxdur.
Bu, son vaxtlar ikinci dəfədir ki, Qırmızı dənizdə Amerika esminesi qəzaya uğrayıb. Aprelin sonunda ABŞ Hərbi Dəniz Qüvvələri F/A-18E qırıcısının yedəyə alınarkən suya düşdüyünü bildirib.
CNN-in məlumatına görə, təyyarə qəzası Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının hücumu nəticəsində baş verib.