Bakı. Trend:
Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyirayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə qısamüddətli leysan olacağı,dolu düşəcəyi ehtimalı var.
"Yağıntılarla əlaqədar çaylarda, o cümlədən, Kür çayının aşağıaxınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətlidaşqın və sel keçəcəyi ehtimal olunur", - deyə məlumatda qeydedilib.