“Barselona”nın müdafiəçisi İnyiqo Martinesin Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”ə qarşı keçirilən cavab oyununda rəqib futbolçuya – Françesko Açerbiyə tüpürdüyü barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, ispaniyalı futbolçu mətbuata verdiyi açıqlamada əməlini etiraf edib.
“O, hesab 2:0 olanda qol sevinci yaşayırdı və bunu qulağımın dibində qışqıraraq etdi. Mənim reaksiyam isə lazım deyildi, amma tüpürcəyim ona dəymədi. Tüpürcək ondan bir metr aralı düşdü. Əks halda, hakim məni meydandan qovardı”, - Martines deyib.
Qeyd edək ki, ilk hissənin sonlarına yaxın penalti epizodundan sonra Açerbi və Martines arasında mübahisə yaşanıb.