
2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesi 6–20 may tarixlərində həyata keçiriləcək. Müsahibə mərhələsi 12–31 may tarixlərində təşkil olunacaq. Müsahibə mərhələsini uğurla tamamlayan uşaqlar üçün məktəb və müəllim seçimi prosesi 17 iyun–12 sentyabr tarixlərində təşkil ediləcək. Valideynlər qeydiyyat prosesini http://mektebeqebul.edu.az platforması vasitəsilə həyata keçirə bilərlər. Elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə, Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin "Çağrı mərkəzlər[i][/i]i"nə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.✍"Ulusum".az
Diqqət Çəkənlər
Demi Murun Həyatla Mübarizə Hekayəsi
Qazaxda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ekskursiya keçirildi
Almaniyada siyasi dram sona çatdı – Mers çətinliklə də olsa kansler kürsüsünə oturdu