TBİLİSİ, 7 may. TELEQRAF
“ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi Gürcüstana qarşı düşmənçilik addımıdır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sənədin qəbulu “dərin dövlət”in qələbə çaldığını təsdiqləyir.
İ.Kobaxidze ABŞ Prezidenti Donald Trampın “dərin dövlət”i məğlub edəcəyinə ümidvar olduğunu vurğulayıb.
“Tramp administrasiyasının “dərin dövlət”ə qalib gələcəyi ilə bağlı nikbin gözləntimiz var. Bu baş versə, Gücüstan-ABŞ münasibətləri qaydaya düşəcək”, - Baş nazir əlavə edib.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının bu yaxınlarda qəbul etdiyi “Megobari Act” sənədi Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar və viza məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur.