AZ

Kobaxidze: Gürcü xalqından başqa kimsənin legitimliyimiz barədə danışmağa haqqı yoxdur

TBİLİSİ, 7 may. TELEQRAF

“Gürcüstan hökumətini legitimləşdirən yeganə subyekt gürcü xalqıdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gürcü xalqından başqa kimsənin hökumətin legitimliyi barədə danışmağa haqqı yoxdur.

“Xalqımız ötən ilin oktyabrında keçirilmiş parlament seçkilərində bizə böyük etimadını ifadə edib. Hər kəs gürcü xalqına, onun iradəsinə və seçiminə hörmətlə yanaşmalıdır”, - İ.Koabxidze söyləyib.

Seçilən
0
teleqraf.com

1Mənbələr