AZ

Simone İnzaqi 8-ci italiyalı ola bilər - Rokko, Trapattoni, Sakki...

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona"nı məğlub edərək (3:3, 4:3 ə.v.) finala yüksələn "İnter"in baş məşqçisi Simone İnzaqi qitənin ən nüfuzlu klub turnirinin qalibi adını qazanan 8-ci italiyalı mütəxəssis ola bilər.

Fanat.Az xəbər verir ki, daha öncə Avropanın ən nüfuzlu klub turnirinin qalibi adını qazanan italiyalılar aşağıdakılardır:

1. Nereo Rokko ("Milan") - 1963 və 1969
2. Covanni Trapattoni ("Yuventus") - 1985
3. Arriqo Sakki ("Milan") - 1989 və 1990
4. Fabio Kapello ("Milan") - 1994
5. Marçelo Lippi ("Yuventus") - 1996
6. Roberto Di Matteo ("Çelsi") - 2012
7. Karlo Ançelotti ("Milan"/"Real Madrid") - 2003, 2007, 2014, 2022, 2024

Xatırladaq ki, Çempionlar Liqası 1992-ci ilə qədər Avropa Çempionlar Kuboku adlandırılıb.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr