AZ

Bakıda 1 milyon avtomobil var –Maşınların sayı niyə artır?

Azərbaycanda ümumi avtomobil sayı təxminən 2 milyondur.

AzPost bildirir ki, bunun təxminən 50 faizi -yəni 900 min – 1 milyon avtomobil Bakıda qeydiyyatdadır və ya istifadə olunur.

Son illərdə avtomobil sayında artım müşahidə olunur. 2010-cu illərlə müqayisədə Bakıdakı avtomobillərin sayı iki dəfəyə yaxın artıb.

Artımın əsas səbəbləri bir sıra faktorlara bağlıdır.

Burada əhali sayının və urbanizasiyanın artması, şəxsi avtomobilə olan tələbatın yüksəlməsi, ikinci əl avtomobil bazarının genişlənməsi, avtomobil kreditlərinin və lizinq xidmətlərinin əlçatan olması daxildir.

Maşın sayında 90 faiz şəxsi minik avtomobilləri, 5-7 faiz taksi və ictimai nəqliyyat, 3-5 faiz yük və kommersiya avtomobilləri təşkil edir.

Bakıdakı avtomobil sayının artması bir sıra ciddi problemlər yaradıb. Tıxaclar və nəqliyyat sıxlığı, avtodayanacaq çatışmazlığı,  çirkli hava və ekoloji yük, köhnə və texniki baxımdan nasaz avtomobillərin dövriyyədə olması bunun fəsadlarıdır.

Dövlət və aidiyyəti qurumlar avtomobil sıxlığının azaldılması üçün müxtəlif addımlar atırlar.

Dayanacaq yerlərinin artırılması və ödənişli parklanma sistemləri qurulur, ictimai nəqliyyatın inkişafı (BRT, metro genişlənməsi), velosiped yolları və piyadalar üçün şəraitin yaxşılaşdırılır.

Bundan başqa şəxsi avtomobil istifadəsini məhdudlaşdırmağa yönəlmiş təşviqat prosesi də aparılır.

Seçilən
0
azpost.info

1Mənbələr