Hindistanın “Sindoor” əməliyyatı elan etməsindən bir neçə saat sonra Cammu və Kəşmirdə üç döyüş təyyarəsi qəzaya uğrayıb. Bu barədə yerli hakimiyyət orqanlarındakı dörd mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarələrdən birinin pilotu yaralanıb və xəstəxanaya aparılıb. Qırıcının hansı silahlı qüvvələrə aid olduğu və hansı model olduğu açıqlanmayıb.
Britaniyanın “The Guardian” qəzeti də analoji hadisə barədə məlumat yayıb: Kəşmirin cənubundakı Uuyan kəndində bir döyüş təyyarəsi məktəbin ərazisinə düşüb. Hadisə Hindistanın Pakistana hücumundan az sonra baş verib. “Reuters”in yazdığı hadisənin olub-olmadığı məlum deyil.
Xatırladaq ki, mayın 6-da axşam saatlarında Hindistan Ordusu Pakistana qarşı “Sindoor” əməliyyatına başlayıb.
//Samir Qurbanov, Editor.az