Hindistan-Pakistan münasibətlərinin getdikcə gərginləşməsi müşahidə edilməkdədir. Dünya bunu olduqca narahatlıqla izləməkdədir. əslində bu iki ölkə arasında münaqişənin əsası onlar yarandığı vaxtdan qoyulub.
Newscenter.az-ın xəbərinə görə, bunları deyən politoloq Mütəllim Rəhimli bildirib ki, zaman keçdikcə anlaşılmazlıq nəinki azalıb, əksinə artıb:
"Hazırda isə pik nöqtəyə yaxınlaşmaqdadır. Artıq ilkin zərbələr də endirilib və böyük müharibənin bir addımlığındayıq. Bu müharibəyə kənar siyasi maraqlar olduğuna görə onun tezliklə dayandırılacağına ümidlər azdır. Əsas məqsəd Çini bloklamaqdır. Buna görə də ABŞ çalışır ki, yaxın gələcəkdə bu müharibə böyüyərək Hindistanla Çinin arasına keçsin. Ona görə də qarşılıqlı zərbələrin getdikcə artacağı təhlükəsi çoxdur. Çox güman ki, yaxın günlərdə Rusiya-Ukrayna müharibəsi öz aktuallığını itirəcək və bütün diqqətlər bu ölkələrə yönələcək".
Süleyman