Bakı. Trend:
Prezident İlham Əliyev sənaye parklarının bərpa olunan enerjimənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatınadair əlavə tədbirlər haqqında fərman imzalayıb.
Trend xəbərverir ki, sənədə əsasən, Azərbaycan Respublikasının NazirlərKabineti sənaye parklarının elektrik enerjisinə ümumi tələbatına (ocümlədən bərpa olunan enerji mənbələrindən zəmanətli tarifləelektrik enerjisinin istehsalı həyata keçirilən layihələr üzrə)uyğun həcmdə elektrik enerjisinin sənaye parklarının idarəedicitəşkilatına ayrılmasının enerji balansında nəzərdə tutulmasınıtəmin etməli; bu Fərmandan irəli gələn digər məsələləri həlletməlidir.
Dövlət tərəfindən yaradılan sənaye parklarının idarəedicitəşkilatı həmin parkların rezidentləri və qeyri-rezidentləri iləbağlanılacaq müqavilələrə uyğun olaraq və “Elektroenergetikahaqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinintələbləri nəzərə alınmaqla, onların bərpa olunan enerjimənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatınıtəmin etməlidirlər.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq SəhmdarCəmiyyəti bu fərmana uyğun olaraq sənaye parklarının idarəedicitəşkilatı tərəfindən ötürücü və (və ya) paylayıcı şəbəkədənistifadə etməklə elektrik enerjisi təchizatının həyata keçirilməsiüçün zəruri müqavilələrin bağlanılmasını təmin etməlidirlər.