AZ

Yol-nəqliyyat hadisələrinin əksəriyyəti piyadaların xətaları üzündən baş verir – Ekspert

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, bu ilin 4 ayı ərzində piyada vurma qəzaları zamanı 30 piyada ölüb.

Bu qəzalar nəticəsində 5 uşaq isə xəsarət alıb. Təəssüf ki, yol-nəqliyyat hadisələri, demək olar ki, hər gün baş verir və əksər hallarda hadisənin səbəbkarı canından olmuş, yaxud müvəqqəti və ya ömürlük

şikəst qalmış piyadalar olur.

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını nəqliyyat eksperti Elməddin Murad cavablandırıb.

“Yol-nəqliyyat hadisələrinin araşdırılması zamanı bu qəzalara qiymət verilir. Təbii ki, burada günah bir tərəfli olaraq kimdədir sualına cavab vermək çətindir.

Ancaq təəssüf ki, əksər hallarda piyadalarda günah olur. Səhvlər edirlər, keçiddən düzgün istifadə etmirlər və yaxud da ümumiyyətlə keçiddən istifadə etmirlər.

Bunun nəticəsində də ağır fəsadlar yaşanır və təəssüf ki, orada statistik göstəricilərdən də görünür ki, insanlar həyatını itirir.

Onların arasında da ən təəssüflü hal odur ki, az yaşlı uşaqlar var. Piyada vurma hadisələrində təbii ki, sürücülərlə yanaşı piyadaların da yol verdiyi xətalar var.

Əsas da keçiddən istifadə etməmək və yaxud da keçiddən qaçaraq istifadə etmək, hansı ki qanun bunu qadağan edir. İstənilən halda keçiddən istifadə edərkən qaçmaq olmaz.

Yolu keçərkən – kənardan keçirsən və yaxud da keçiddən keçirsən, fərqi yoxdur, qaçmaq olmaz. Çünki bu qaçmaq sürücünü çaşdırır və nəticədə qəza baş verir.

Təəssüflə deyirəm, çoxları bunu bilmir və ona görə də bu cür ağır nəticəli hadisələrin şahidi oluruq. Bu, heç də ürək açan mənzərə deyil.

Çünki biz burada nə qədər insan itiririk, yaşlı, az yaşlı, körpə və s. Ümumilikdə bu, dünyada ən böyük bəlalardan biridir.

Yol-nəqliyyat hadisələrində aparılan təhlilər onu göstərir ki, 16-35 yaş aralığında olan insanların əsas ölüm səbəbi yol-nəqliyyat hadisələri sayılır.

Bu, təəəssüf ki, çox böyük göstəricidir. Hər birimizi də bu, narahat etməlidir və təbii ki, narahat edir.

Qaydalara əməl etmək məsələsinə gələndə baxıb görürük ki, bəzi insanlar məlumatları oxuyur, bu qulağından alır, o biri qulağından ötürüb gedir, ciddiyə almır”, – ekspert fikrini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
interpress.az

1Mənbələr