UFC iyunun 21-də Bakıda keçiriləcək yarış üçün 9-cu döyüşü rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Baku Crystal Hall-da keçiriləcək gecədə Azərbaycan təmsilçisi Rafael Fiziyevin oktaqona çıxacağı UFC-nin rəsmi saytında elan edilib.

O, əsas kartda final döyüşündən öncə çilili İqnasio Bahamondeslə qüvvəsini sınayacaq.

Tezliklə yarışa daha 2 və ya 3 döyüş əlavə olunacaq 

“Baku Fight Night”da baş tutacaq döyüşlər:

Əsas kart:

Yarımağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xalil Rauntri Junior (14-6-0, ABŞ)

Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Bahamondes (17-5-0, Çili)

Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya)

Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Kiodji Horiquçi (18-2-0, Yaponiya)

Ağır çəki: Kurtis Blaydes (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)

İlkin kart:

Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Park Jonq Yun (18-6-0, Cənubi Koreya)

Ağır çəki: Hamdi Abdelvahab (6-0-0, Misir) - Mohammed Usman (11-4-0, Nigeriya)

Qadınlar

Yarımyüngül çəki: İrina Alekseyeva (5-2-0, Qazaxıstan)- Klaudiya Siqula (6-2-0, Polşa)

Yarımyüngül çəki: Melissa Mullins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (7-1-0, Rusiya)