AZ

Litva və Latviya Vuçiçə qadağa qoydu... - Təyyarəsi Moskvaya uça bilməz

Litvanın ardınca Latviya hakimiyyəti Serbiya prezidenti Aleksandar Vuçiçi aparan təyyarənin öz ərazisindən Moskvaya uçmasına qadağa qoyub.

XəzərNews.az xəbər verir ki, bu barədə Serbiyanın "Novosti" qəzeti yazıb.

Əvvəllər Litva hakimiyyət orqanları “texniki və diplomatik həssaslıqlar” səbəbindən havadan uçuşa qadağa qoyub.

Slovakiyanın baş naziri Robert Fikonun da Moskvada keçirilən İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi ilə bağlı şənliklərdə iştirakına mane olmaq üçün Polşa və Litva üzərindən uçuşlar qadağan edilib.

Son məlumata görə, Aleksandr Vuçiç Böyük Qələbənin 80 illiyi şərəfinə keçirilən tədbirlərdə iştirak etmək üçün Moskvaya gedib.



Xəbər 2 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr