
Çin Xalq Respublikasının sədri Si Cinpin Moskvaya gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, Çinin sədri mayın 7-dən 10-dək Rusiyada dövlət səfərində olacaq və Qələbənin 80-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, Si Cinpini Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Katibliyinin rəhbəri Tsai Tsi və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası ofisinin direktoru, xarici işlər naziri Van İ müşayiət edir.
Qeyd edək ki, daha əvvəl Kremlin mətbuat xidməti xəbər vermişdi ki, Rusiya prezidenti Vladimir Putin və Çinin sədri Si Cinpin iki ölkə arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin gələcək inkişafının əsas məsələlərini müzakirə edəcəklər.