“Rusiya ordusu Böyük Qələbənin 80-ci ildönümünün sakit və dinc şəraitdə keçirilməsi üçün lazım olan hər şeyi edir”.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Kiyev rejimi özünün əsl mahiyyətini, terror aksiyalarına meylliliyini nümayiş etdirməkdə davam edir. Xüsusi xidmət orqanları və hərbçilərimiz isə Böyük Qələbənin qeyd edilməsinin sakit, sabit və dinc şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirləri görür"- , Peskov qeyd edib.
Fidan Hacızadə
Sfera.az