Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov aydiyyəti qurum rəhbərləri ilə rayonun Dayıkənd kəndində fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Salyan Rayon Bölməsində olub, rayon üzrə taxıl biçininə cəlb ediləcək mövcud kombaynlara və gübrə anbarına baxış keçirib.
Baxış zamanı rayon rəhbərinə məlumat verilib ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən biçinlə bağlı hazırlıqlar yekunlaşıb. Hazırlıq ərəfəsində rayon üzrə biçinə cəlb ediləcək 37 ədəd kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir, sazlama işləri aparılıb. Rayonda 12 min 600 hektarda becərilmiş taxılın vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib.
RİH başçısı Rüstəm Xəlilov söhbət zamanı rayonun aqrar sektorunda aparıcı sahələrdən olan taxılçılığın ölkənin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malik olduğunu vurğulayıb, fermerlərə işlərində uğurlar və yüksək məhsuldarlıq arzulayıb.

