Bakı. Trend:
İspaniyanın “Barselona” komandası yayda futbolçusu AndreasKristensenlə yollarını ayıracaq.
Trend xaricimətbuata istinadən xəbər verir ki, Kataloniya klubu müdafiəçinintez-tez zədə alması və maliyyə şərtləri səbəbindən mövsümün sonundamüqaviləyə vaxtından əvvəl xitam verəcək.
Danimarka millisinin üzvü bu mövsüm 3 matçda cəmi 123 dəqiqəoynamaq şansı əldə edib.
Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” komandasıAndreas Kristensenin transferində maraqlıdır.