AZ

“Barselona” mövsümün sonunda müdafiəçisi ilə yollarını ayıracaq

Bakı, 7 may, AZƏRTAC

İspaniyanın “Barselona” komandası yayda futbolçusu Andreas Kristensenlə yollarını ayıracaq.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu müdafiəçinin tez-tez zədə alması və maliyyə şərtləri səbəbindən mövsümün sonunda müqaviləyə vaxtından əvvəl xitam verəcək.

Danimarka millisinin üzvü bu mövsüm 3 matçda cəmi 123 dəqiqə oynamaq şansı əldə edib.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” komandası Andreas Kristensenin transferində maraqlıdır.

Seçilən
0
4
azertag.az

6Mənbələr