AZ

Tramp bu ərazini almaq istəyir – Baş nazirdən SƏRT CAVAB

ABŞ-ın sabiq Prezidenti Donald Tramp Kanadanın ABŞ-ın 51-ci ştatı olması təklifini yenidən gündəmə gətirib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, Kanada Baş naziri Mark Karni ilə ilk rəsmi görüşündə bəyanat verib. Trampın bu çıxışı Kanadada ciddi narazılıqla qarşılanıb və baş nazir təklifi “qəti şəkildə” rədd edib.

Mark Karni bəyan edib ki, Kanada satılmır və heç vaxt satılmayacaq. Onun sözlərinə görə, ölkənin müstəqilliyi və suverenliyi hər şeydən önəmlidir və bu məsələ danışıqlar mövzusu ola bilməz.

Görüş zamanı Tramp Kanadalılara ABŞ-a birləşmək müqabilində aşağı vergilər, iqtisadi üstünlüklər və ABŞ ordusunun müdafiəsi kimi təkliflər irəli sürüb. O bildirib ki, ABŞ artıq Kanadaya hər il 200 milyard dollar subsidiya verir və onun müdafiəsini pulsuz təmin edir.

Baş nazir Karni bu arqumentləri rədd edərək, Kanadanın iqtisadi cəhətdən ABŞ-dan asılı olmadığını və ölkənin öz gücünə arxalandığını vurğulayıb. Görüşdə Karni Trampın “Heç vaxt, heç vaxt demə” sözlərinə qarşı beş dəfə “heç vaxt” deyərək cavab verib.

Tramp və Karni görüşü “konstruktiv” adlandırsalar da, ekspertlər bu danışıqların iki ölkə arasında münasibətlərə yeni gərginlik gətirəcəyini bildirirlər. Xüsusilə ticarət tarifləri və suverenlik məsələlərində ciddi fikir ayrılıqları müşahidə olunub.

Kanadada keçirilən ictimai rəy sorğularında da Trampın təklifinə sərt etiraz edildiyi görünür. 2025-ci ilin yanvar ayında “Angus Reid” institutunun keçirdiyi sorğuya görə, kanadalıların 90 faizi ölkələrinin ABŞ-ın tərkib hissəsi olmasına qarşıdır.

Müşahidəçilər bildirirlər ki, bu cür bəyanatlar və təkliflər iki qonşu ölkə arasında diplomatik münasibətləri sarsıda və yeni gərginlik dalğasına səbəb ola bilər.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr