Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, iki günü əhatə edən hazırlıq prosesində cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.
Təlim-məşq toplanışı mayın 31-dən iyunun 1-dək Avstriyanın Qrats şəhərində və iyunun 21-22-də Almaniyanın paytaxtı Berlində təşkil olunacaq gənclər arasında Avropa Kuboku turnirlərinə hazırlıq məqsədi daşıyır.