AZ

Kazım Hüseynəliyevin nazir təyin olunması RƏSMƏN TƏSDİQLƏNDİ

Xəbər verdiyimiz kimi, dünən Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.

Lakin bu gün sosial şəbəkələrdə Kazım Hüseynəliyevin nazir vəzifəsindən azad olunduğu ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media Naxçıvan Ali Məclisinin rəsmi saytına istinadən xəbər verir ki, Kazım Hüseynəliyevin nazir təyin olunması rəsmən təsdiqlənib.
 

MÖVZU İLƏ BAĞLI:

Dünən təyin olunan nazir bu gün işdən çıxarılıb? – Azərbaycanda maraqlı olay


Belə ki, mayın 6-da keçirilən iclasda sözügedən məsələ müzakirə olunub.

Müzakirələr zamanı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə namizəd barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2025-ci il  5 may  tarixli təqdimatı Ali Məclisə daxil olub.

Təqdimat oxunub, namizəd haqqında ətraflı məlumat verildikdən sonra “Kazım Yaşar oğlu Hüseynəliyevin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

Bəxtiyar Məmmədov yeni vəzifəyə təyin olunması münasibətilə Kazım Hüseynəliyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr