AZ

Azərbaycanda ən populyar mobil telefon markaları - “Apple” siyahıda birincidir

Bakı. Trend:

Azərbaycanda ən populyar mobil cihazların adı bəlli olub.

Trend-in“Global Stats” Statistika Mərkəzindən əldə etdiyi məlumata görə,"Apple” smartfonları bu ilin aprel ayında mobil cihazlar üzrə 27,39faiz bazar payı ilə Azərbaycanda liderliyini qoruyub.

Cari ilin mart ayına olan göstərici ilə müqayisədə “Apple”markasının Azərbaycanda bazar payı 0,24 faiz bəndi azalıb.

Hesabat dövründə “Samsung"un Azərbaycanda smartfonlar üzrə bazarpayı 0,28 faiz bənd azalaraq, 23,15 faiz təşkil edib.

Siyahıda növbəti pillədə “Xiaomi” qərarlaşıb. Belə ki, bubrendin Azərbaycanda smartfonlar üzrə bazar payı 0,03 faiz bəndiazalaraq, 11,17 faizə bərabər olub.

Bu ilin aprel ayı üzrə digər smartfonların Azərbaycanda əhatədairəsinə görə reytinqi aşağıdakı kimi müəyyənləşib:

“Honor” – 1,2 faiz (mart ayına nisbətən 0,05 faiz çox);

“Huawei” – 2,72 faiz (mart ayına nisbətən 0,02 faiz az);

“Oppo” – 5,91 faiz (mart ayına nisbətən 0,17 faiz çox);

“Realme” – 3,96 faiz (mart ayına nisbətən 0,25 faiz çox);

“Infinix” – 1,76 faiz (mart ayına nisbətən 0,08 faiz az);

“Tecno” – 1,42 faiz (mart ayına nisbətən 0,49 faiz az);

“Motorola” – 3,02 faiz (mart ayına nisbətən 0,02 faiz az);

“LG” – 0,2 faiz (mart ayına nisbətən 0,01 faiz az);

“Google” – 2,03 faiz (mart ayına nisbətən 0,36 faiz çox);

“Lenovo” – 0,16 faiz (mart ayına nisbətən dəyişməz qalıb);

“Sony” – 0,17 faiz (mart ayına nisbətən 0,01 faiz az)

Hesabat dövründə Azərbaycanın smartfon bazarında 15,74 faizdigər markaların payına düşüb.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr