AZ

Talassemiyalı qadın hamiləlik planlayanda nə etməlidir?

Bakı. Trend:

Talassemiya xəstəsi olan qadın hamiləlik planladığında mütləqixtisaslaşmış tibbi mərkəzdə nəzarət altında olmalıdır. Hamiləlikplanlanarkən hematoloq, ginekoloq və genetik müayinəsi birgə icraedilməlidir.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,hematoloq Şəhla Şabanova açıqlayıb.

Onun sözlərinə görə, əgər xanım xəstə və ya daşıyıcıdırsa,mütləq şəkildə atanın daşıyıcı olub-olmadığıdəqiqləşdirilməlidir:

“Ata da daşıyıcıdırsa, doğulacaq uşaqların talassemiya xəstəsiolma ehtimalı var (25% talassemiya xəstəsi). Bu zaman,preimlantasiya genetik diaqnostikası (PGD) və ya artıq hamiləlikvarsa, müvafiq həftələrdə prenatal diaqnostika, yəni dölün anabətnində genetik yoxlanması zəruri olur. Burada bir çox metodlardanistifadə edilir. 10-12-ci həftədə icra edilən Xorion Villusbiopsiyası - bu zaman incə iynə və ya konyula ilə xorion qatıdanaspirə edilərək genetik mutasiya araşdırılır.

Digər müayinə yolu daha tez -tez icra edilən Amniosintezüsuludur. Burada yenə də ümumi anesteziya ehtiyacı olmadanhamiləliyin 16-22-ci həftəsində amnion mayeden genetik skrininqicra edilir. Bir başqa müayinə döl ilə ananı əlaqələndirən göbəkkordonundan qan nümunəsi alınaraq Kordiosintez müayinəsi icraedilir. Bu müayinə də 18-ci həftədə informativ ola bilir. Hər 3üsulda çox aşağı olsa da, dölün düşmə ehtimalı var”.

Ş.Şabanova bildirib ki, bundan başqa hamiləliyi planlanantalassemiyalı ananın hamiləlik öncəsi hemoqlobin səviyyəsi, dəmiryükü, qaraciyər və ürək funksiyaları dəyərləndirilməlidir:

“Talassemiyalı xəstələrdə peroidik eritrosit kütləsitransfuziyası olduğu üçün orqanlarda dəmir toplanması görülə bilirki, hamiləlik dövründə dəmir qovucu preparatların istifadəsi həkimnəzarəti altında ciddi təqib edilməlidir. Talassemiya daşıyıcısı vəya xəstəsi hamiləlik dövründə Hemoqlobin səviyyəsində ciddidəyişiklik izləndiyinə görə gərəkli hallarda eritrositköçürülməsindən qaçınılmamalıdır. Davam etdirilən hamiləlik zamanıdiqqətli yoxlanış, qan dəyərləri, ürək fəaliyyəti, dölün inkişafımüntəzəm olaraq nəzarət altında saxlanmalıdır”.

Seçilən
0
az.trend.az

1Mənbələr