AZ

Ac sürücü yorğun olur, əsəbləşir,yuxusu gəlir - Yolda necə qidalanaq?

Uzaq yola çıxan sürüclər bir qayda olaraq avtomobilə nəzər yetirirlər: bura mayelərin səviyyəsini, təkərdəki təzyiqi və s. yoxlamaq daxildir. Lakin yola çıxan sürücü və sərnişin həm də öz qidalanmasını düşünməlidir. 

Avtosfer.az xəbər verir ki, düzgün qidalanma nə qədər qəribə olsa da, yol hərəkətinin təhlükəsizliyinə təsir edir. Ac sürücü yorğun olur, əsəbləşir,  yuxusu gəlir. 
Lakin qidalanma qaydasında olmalıdır. Yola çıxan şəxs hər nə gəldi yeyə bilməz. Avropa mediasında yer alan tövsiyələrə görə, sürücü uzun yola çıxarkən ağır qidalar qəbul etməməlidir.

Bu zaman həzm pisləşdiyi üçün sürücünü yuxu basır. Yola çıxmazdan əvvəl tərkibində düyü, yumurta, qarabaşaq, göyərti, bitki yağı olan qidaların qəbulu tövsiyə edilir. Yol boyu isə quru və turş meyvələr və su məsləhət görülür.
Ən vacib məqamlardan biri sükan arxasında yeməməkdir. Bu həm qəza riskini artırır, həm də mədəyə əlavə yük olur. Ən yaxşı variant yolda qida qəbulu və istirahət üçün 10-15 dəqiqə fasilə  verməkdir.

Avropalı ekspertlər çips, fri, trans yağlı qidalar, allergeya və narahatlıq yaradan yeməklərdən uzaq durmağı tövsiyə edirlər.

Vüqar

Seçilən
0
avtosfer.az

1Mənbələr